İdman
307
6-10-2023, 19:02

FIBA Avropa Kuboku: “Sabah”ın müntəzəm mövsümdəki oyunlarının vaxtı məlum oldu

“Sabah” basketbol klubunun FIBA Avropa Kubokunun müntəzəm mövsümündə oyunlarının təqvimi müəyyənləşib.

bakunews.tv xəbər verir ki, D qrupunda yer alacaq komanda ilk oyununu oktyabrın 18-də səfərdə keçirəcək.

Qrupdakı son görüş noyabrın 22-də Bakıda olacaq.

“Sabah”ın qrupda keçirəcəyi matçların təqvimi belədir:

18 oktyabr

“Mornar Bar” (Monteneqro) - “Sabah”

Bar. Topolika İdman Zalı

25 oktyabr

“Sabah” - “Bahçeşehir Kolleci” (Türkiyə)

Bakı. “Sərhədçi” İdman Mərkəzi

1 noyabr

“Nimburk” (Çexiya) - “Sabah”
Nimburk İdman Mərkəzi

8 noyabr

“Sabah” - “Mornar Bar” (Monteneqro)

Bakı. “Sərhədçi” İdman Mərkəzi

15 noyabr

“Bahçeşehir Kolleci” (Türkiyə) - “Sabah”

İstanbul. Ülkər İdman Zalı

22 noyabr

“Sabah” - “Nimburk” (Çexiya)

Bakı. “Sərhədçi” İdman Mərkəzi

Qeyd edək ki, “Sabah” turnirin təsnifat mərhələsində “Donar” (Niderland), “Rabotniçki” (Şimali Makedoniya) və “Rapid”i (Rumıniya) məğlub edib.
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər