İdman
214
17-10-2023, 22:39

AMAA Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib

Oktyabrın 16-da “Azərbaycan Milli Antidopinq Agentliyi” (AMAA) publik hüquqi şəxsin Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib.

bakunews.tv xəbər verir ki, iclasda millət vəkili Nigar Arpadarai şuranın sədri, hüquqşunas Samir Nuriyev isə sədr müavini seçiliblər.

Həmçinin Agentliyin Nizamnaməsinin 4.4.2-ci bəndinə əsasən, Təhminə Pərviz qızı Tağı-zadə Azərbaycan Milli Antidopinq Agentliyinin icraçı direktoru təyin edilib.
Xatırladaq ki, cari ilin oktyabrın 9-da Şəfəq Hüseynli Agentliyin direktoru vəzifəsindən azad edilib.
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər