İdman
148
19-10-2023, 20:34

UEFA İsraildə keçiriləcək futbol oyunlarını ləğv etdi

Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) himayəsi altında keçirilən matçlar növbəti bildirişə qədər İsraildə oynanılmayacaq.

Bu barədə UEFA-nın mətbuat xidmətindən məlumat verilib.

“Bütün İsrail ərazisi üzrə mövcud təhlükəsizlik vəziyyətinin hərtərəfli qiymətləndirilməsindən sonra UEFA-nın icraiyyə komitəsi qərara gəlib ki, təşkilatın himayəsi altında keçirilən turnirlərin matçları növbəti xəbərdarlığa qədər ölkə ərazisində keçirilməyəcək”, - deyə məlumatda qeyd edilib.
Mənbə: TASS
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər