“Bakıda SPECA Rəhbər Şurasının 18-ci iclasında üzv ölkələrin iqtisadi potensialının energetika, o cümlədən yaşıl enerji, nəqliyyat, rabitə və digər sahələrdə tərəfdaşlığı gücləndirmək perspektivlərini qeyd etdik, Orta Dəhlizlə bağlı layihələrdə fəal əməkdaşlığın əhəmiyyətini vurğuladıq”.Bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov öz “X” hesabında paylaşıb.
O bildirib ki, iclasda mühüm nəqliyyat-logistika qovşağı olan Azərbaycanın regional inteqrasiyaya təkan verən təşəbbüsləri, əlverişli biznes və investisiya mühiti barədə məlumat verilib.