İqtisadiyyat
340
29-07-2022, 20:40

Azərbaycan Mərkəzi Bankı: “Mir” ödəniş sisteminə dair müzakirələr aparılır”

Azərbaycan Mərkəzi Bankı Rusiyanın “Mir” ödəniş sisteminin Azərbaycanda fəaliyyət göstərməsi imkanlarını müzakirə edir.

bakunews.tv report-a istinaden xəbər verir ki, bunu qurumun baş direktoru Fərid Osmanov bildirib.

“Bu məsələ siyasi və iqtisadi məqamlar nəzərə alınmaqla, aidiyyəti dövlət qurumlarının iştirakı ilə, eyni zamanda Azərbaycan-Rusiya hökumətlərarası komissiyası çərçivəsində müzakirə olunur. Yekun qərar qəbul olunduqdan sonra ictimaiyyətə açıqlanacaq”, - o deyib.

bakunews.tv
Son xəbərlər