Hindistan enerji təchizatı mənbələrinin şaxələndirilməsi səyləri çərçivəsində 2021-ci ildən bəri ilk dəfə Qayanadan neft alıb.
Bakunews.tv “ Bloomberg”-ə istinadən xəbər verir ki, hər biri 1 milyon barel neft daşıyan iki tanker Cənubi Afrika ölkəsindən Hindistanın şərq sahillərinə doğru yola düşüb.
Marşrut 11.000 dəniz milini (17.700 km) əhatə edir. Hindistan neft emalı zavodlarının yanvar ayında Qayanadan karbohidrogenlər alacağı gözlənilir.
Daha əvvəl Hindistanın neft və təbii qaz naziri Hardip Sinq bəyan etmişdi ki, Yeni Dehli yaranan problemlər səbəbindən neft qıtlığından narahat deyil, lakin idxalçılar üçün çətinliklər gözlənilir.
Qeyd edək ki, avqustun 6-da ABŞ Rusiyadan neft və neft məhsullarını aldığına görə Hindistana əlavə 25% rüsum tətbiq edib. Avqustun sonunda ABŞ-nin Hindistan mal və xidmətlərinə tətbiq etdiyi tariflər 50%-ə qədər artırılıb.