İqtisadiyyat
396
12-08-2022, 13:34

Azərbaycanda təbii qaza görə ödənişlər 17 %-dən çox artıb

Bu ilin yanvar-iyul ayları ərzində "Azəriqaz" İstehsalat Birliyinin satdığı təbii qaza görə ödəniş səviyyəsi 105,95 % olub.

bakunews.tv
-nun report-a istinadən məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktorun satış üzrə müavini Rəşad Cavadov bu gün keçirilən "Açıq qapı" aksiyasında bildirib.

Onun sözlərinə görə, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 17,12 % çoxdur: “Ödəniş səviyyəsi əhali sektoru üzrə 104,55 % təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,41 % azdır. Qeyri-əhali sektoru üzrə ödəniş səviyyəsi 107,01 % olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 31,28 % çoxdur”.

R. Cavadov həmçinin bildirib ki, bu ilin iyul ayında ödəniş səviyyəsi 114,29 % təşkil edib ki, bu da 2021-ci ilin iyul ayı ilə müqayisədə 5,06 % çoxdur: “Ötən ay ödəniş səviyyəsi əhali sektoru üzrə 170,61 % təşkil edib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 30,69 % çoxdur. Qeyri-əhali sektoru üzrə iyul ayında ödəniş səviyyəsi 99,28 % olub ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 2,06 % azdır”.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər