İqtisadiyyat
611
26-08-2022, 17:10

“Azərkosmos” cərimə edildi

"Azərbaycan Respublikasının Kosmik Agentliyi" (Azərkosmos) publik hüquqi şəxs barəsində gömrük əməliyyatlardakı inzibati xətaya görə cərimə protokolu tərtib edilib.

bakunews.tv qaynarinfo-ya istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsi "Azərkosmos” barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə protokol tərtib edərək, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərib. Ülviyyə Şükürovanın sədrliyi ilə 07.09.2022-ci ildə məhkəmənin baxış iclası təyin edilib.

İXM-in 485.2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər