İqtisadiyyat
362
21-02-2023, 21:31

İqtisadiyyat nazirinin müavini Ağcabədidə vətəndaşları qəbul edəcək

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli 24 fevral 2023-cü il tarixində Ağcabədi rayonunda (ünvan: Ağcabədi şəhəri, Heydər Əliyev prospekti, 213A, Yeni Azərbaycan Partiyasının Ağcabədi rayon təşkilatının inzibati binası) Ağcabədi və Zərdab rayonlarından olan vətəndaşları qəbul edəcək.
Vətəndaşların qəbulu saat 11:00-dən etibarən keçiriləcək.

Qəbula gəlmək istəyən Ağcabədi və Zərdab rayonlarından olan vətəndaşlar İqtisadiyyat Nazirliyinin  "195-1" Çağrı Mərkəzində və ya rəsmi internet səhifəsindəki "Müraciətlər/vətəndaşların qəbulu/qəbula yazılın" bölməsində qeydiyyatdan  keçməklə Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciət edə bilərlər.

bakunews.tv
Son xəbərlər