İqtisadiyyat
525
14-07-2022, 17:10

“Azərsun"un maşını Cəbrayılda tank əleyhinə minaya düşüb, sürücü xəsarət alıb

14 iyul tarixində Cəbrayıl rayonunun Dağtumas kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib.

Bu barədə bakunews.tv-ya milli.az-a istinadət və anama-dan məlumat verilib.

Xəbərə görə, "Azərsun Holdinq" MMC şirkətinə məxsus yükdaşıma nəqliyyat vasitəsi TM 62 P tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində xəsarət alan sürücü - 1996-cı il təvəllüdlü İmişli rayon sakini Məmmədov Şamil Fərahim oğlu rayon xəstəxanasına çatdırılıb.

ANAMA bir daha vətəndaşlarımıza müraciət edərək təhlükəli və şübhəli ərazilərə daxil olmamağa, rastlaşdıqları naməlum əşyalara toxunmamağa çağırır.

bakunews.tv
Son xəbərlər