Dünya
2
Bu gün, 17:51

Ukrayna Prezidenti: Rusiyaya qarşı sanksiyalar yetərli deyil

“Hərbi sənayesinə qarşı tətbiq edilən sanksiyaların yetərsiz olması Rusiyanın ballistik raket istehsalını artırmasına imkan verir”.

Dövlət başçısının sözlərinə görə, Ukraynada hazırda hava hücumundan müdafiə sistemləri üçün, xüsusilə də “Patriot” komplekslərinin PAC-2 və PAC-3 raketləri çatışmır. O qeyd edib ki, PAC-2 və PAC-3 raketləri hücum deyil, müdafiə vasitələridir:

“ABŞ-dən bu raketləri almaq üçün Avropada maliyyə tapmışıq, ancaq bu, kifayət deyil. Problem ondadır ki, Rusiyanın hərbi istehsalına qarşı sanksiyalar yetərli olmayıb, nəticədə ballistik raket istehsalını artıra bilirlər. Buna görə də hava hücumundan müdafiəmizi mümkün qədər tez gücləndirməliyik”.

Zelenski əlavə edib ki, İran ətrafındakı vəziyyət də raket çatışmazlığını dərinləşdirib və bu problemi Avropa, ABŞ və digər tərəfdaşlarla birlikdə həll etməyə çalışırlar.

Prezident vurğulayıb ki, Ukraynanın daxili müdafiə sənayesi dronlar və digər silahlarla mübarizədə effektli olsa da, ballistik raketlərin qarşısını almaq üçün hələ kifayət etmir.

O bildirib ki, ABŞ Prezidenti Donald Tramp Ukraynaya “Patriot” raketlərinin istehsalı üçün lisenziyaların verilməsini təsdiqləyib. Bununla belə, Zelenski vurğulayıb ki, bu qərar anbarların dərhal yüzlərlə raketlə doldurulacağı anlamına gəlmir və belə istehsal vaxt tələb edir.

Dövlət başçısı əlavə edib ki, Ukrayna müdafiə sənayesi sürətlə istehsalı artırmağa qadirdir və müharibə dövründə veriləcək lisenziyalar sayəsində həm öz ehtiyaclarını ödəyə, həm də zərurət yaranacağı təqdirdə tərəfdaş ölkələri də təmin edə bilər.

Bakunews.tv
Son xəbərlər