Kriminal
168
12-03-2025, 10:32

Binəqədi rayonunda silah-sursat aşkarlandı

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bakunews.tv-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat tədbiri nəticəsində rayon ərazisində qanunsuz saxlanılan silah-sursat aşkarlanıb.

Keçirilən tədbir zamanı 1 ədəd tapança, 1 patron darağı və 4 ədəd patron tapılaraq götürülüb.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
Son xəbərlər