Kriminal
322
16-03-2023, 20:22

Ağdaş sakinlərindən qanunsuz saxladıqları odlu silahlar götürülüb

Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədilə Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bakunews.tv-ya verilən məlumata görə, keçirilən əməliyyatlar zamanı vətəndaşlardan müxtəlif markalı 7 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb. Həmçinin, aparılan profilaktik tədbirlər nəticəsində rayon sakinləri ümumilikdə 5 tüfəngi könüllü olaraq polis şöbəsinə təhvil veriblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər