Olay
130
5-12-2023, 10:19

Şirvan Şəhər Polis Şöbəsi əməkdaşları tərəfindən əməliyyat keçirilib FOTO

Şirvan Şəhər Polis Şöbəsinə şəhər ərazisində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bakunews.tv-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən həmin əraziyə keçirilən baxış zamanı oradan 1 ədəd avtomat, 1 ədəd daraq və 30 ədəd patron aşkarlanaraq götürülüb.

Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində 1 nəfər şəhər sakini müvafiq sənədləri olmayan ov tüfəngini polis əməkdaşlarına təhvil verib.

Faktlarla bağlı araşdırmalar aparılır.
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər