SON DƏQİQƏ
Bakunews.tv » Ölkə » İlham Əliyev: Azərbaycanla İsrail arasında müdafiə və hərbi-texniki sahədə əməkdaşlıq inkişaf edir

İlham Əliyev: Azərbaycanla İsrail arasında müdafiə və hərbi-texniki sahədə əməkdaşlıq inkişaf edir

18.02.2023 00:26 366
Azərbaycanla İsrail arasında münasibətlər dostluq və tərəfdaşlıq xarakteri daşıyır.

APA xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 17-də Münxendə İsrail Dövlətinin müdafiə naziri Yoav Qallant ilə görüşü zamanı bildirib.

Prezident İlham Əliyev: Biz Macarıstanda özümüzü evimizdəki kimi hiss edirik, dostlar arasında hiss edirik

Dövlət başçısı müxtəlif sahələrdə, o cümlədən müdafiə və hərbi-texniki sahədə əməkdaşlığın inkişaf etdiyini bildirib.

Prezident İlham Əliyev Azərbaycanın İsraildə səfirliyinin tezliklə fəaliyyətə başlamasının əlaqələrimizin inkişafına daha böyük töhfə verəcəyinə əminliyini ifadə edib.
Xəbəri necə qiymətləndirirsiniz?