Səhiyyə / Sosial
373
15-11-2023, 21:38

Şeyxin qızı klinika rəhbərliyindən getdi - “Zəhra Clinic”in yeni rəhbəri kimdir?

"Zəhra Clinic" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) qanuni təmsilçisi dəyişib.
Qaynarinfo-nun məlumatına görə, Paşazadə Vəfa Allahşükür qızını Hüseyn Fərid Fikrət oğlu əvəzləyib. V. Paşazadə 26 oktyabr 2017-ci ildən klinikanın qanuni təmsilçisi idi. Həmçinin klinikanın nizamnamə kapitalı 100 manatdan, 200100 manata qaldırlıb.

Xatırladaq ki, Vəfa Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qızıdır.
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər