Səhiyyə
396
30-07-2022, 17:50

Son sutkada ölkəmizdə neçə nəfər koronaya yoluxub?

Azərbaycanda koronavirusa 393 yeni yoluxma qeydə alınıb, 302 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə bakunews.tv-ya axar.az-a istinadən Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, sutka ərzində koronavirusdan 1 nəfər vəfat edib.

Ölkədə indiyədək 798 404 nəfər koronavirusa yoluxub. Onlardan 786 358 nəfər müalicə olunaraq sağalıb, 9 747 nəfər vəfat edib, aktiv xəstə sayı 2 299 nəfərdir.

Ölkədə son sutka ərzində 2 952, hazırkı dövrədək isə 7 042 298 test aparılıb.

bakunews.tv
Son xəbərlər