Şamaxı Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsi tibb müəssisələrində sanitar-gigiyenik təhlükəsizliyin təmin edilməsi və ətraf mühitin qorunması məqsədilə mühüm satınalma elan edib.32gun.az xəbətrə verir kii, tenderin əsas mövzusu xəstəxana və ona bağlı tibb məntəqələrindən hasil olan müxtəlif növ tibbi tullantıların təhlükəsiz şəkildə daşınması və zərərsizləşdirilməsidir. Bu strateji xidmət üçün nəzərdə tutulan ehtimal olunan qiymət 65.944,00 AZN məbləğində müəyyən edilib.
Satınalma şərtlərinə görə, qalib gələn tərəf tibbi tullantıların təsnifatına uyğun olaraq (infeksion, kəsici-deşici və digər təhlükəli tullantılar) onların xüsusi konteynerlərdə toplanması, ixtisaslaşmış nəqliyyat vasitələri ilə daşınması və qanunvericiliklə nəzərdə tutulmuş metodlarla (utilizasiya və ya insinerasiya) tam zərərsizləşdirilməsini öhdəsinə götürəcək.
Xatırladaq ki, ötən ilin iyununda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sabiq sədri Vüqar Qurbanovun müvafiq əmri ixtisasca həkim-infeksionist olan Natiq Əliyev Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub.
Bakunews.tv