Səhiyyə
4
Bu gün, 11:48

Səhiyyə Nazirliyi “Məlhəm Beynəlxalq Hospital”da nöqsanlar aşkarladı

Səhiyyə Nazirliyi “Məlhəm Beynəlxalq Hospital”da nöqsanlar aşkarladı

Səhiyyə Nazirliyi “Məlhəm Beynəlxalq Hospital”da plandankənar yoxlama keçirib.
Teleqraf-ın əldə etdiyi məlumata görə, yoxlama zamanı müəssisədə lisenziyadan kənar “onkoloji” iş və fəaliyyətlə məşğul olma faktı aşkar edilib.

Nəticədə nazirlik tərəfindən “Məlhəm Beynəlxalq Hospital”la bağlı İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi üzrə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarına əsasən, “Məlhəm Beynəlxalq Hospital” 6000 manat cərimələnib.

Qeyd edək ki, sözügedən hospital daha öncə də işində yol verdiyi nöqsanlara görə dəfələrlə cəriməyə məruz qalıb.

Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər