"3 yaşlı körpəmin müalicəsi YARIMÇIQ DAYANDIRILDI..." - NARAZILIQ VAR..
Mən, Ruslan İmanov, 11 noyabr 2026-cı il tarixində 3 yaşlı qızımla Leyla Medical Center-də qarşılaşdığım hadisəni bir ata olaraq ictimaiyyətin diqqətinə çatdırmaq istəyirəm..."
"DİA-AZ" xəbər verir ki, bu barədə narazı vətəndaş "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında qeyd edir.
Müraciətdə daha sonra deyilir: "Həmin gün 3 yaşlı qızımı 40°C hərarət, güclü öskürək və ağciyərlərlə bağlı ciddi şikayətlərlə Leyla Medical Center-in təcili tibbi yardım şöbəsinə aparmışdım.
Uşağımın vəziyyəti ilə əlaqədar ona venadaxili sistem qoşulmuş və müalicə artıq başlamışdı. Məhlul uşağın damarına yeridilirdi.
Müalicə davam etdiyi vaxt klinika əməkdaşları mənə bildirdilər ki, guya daxili qaydalara əsasən uşağın yanında yalnız bir valideyn qala bilər və mən otağı tərk etməliyəm.
Mən isə sadəcə soruşdum:
Bu qayda harada yazılıb? Niyə qeydiyyat zamanı bizə məlumat verilməyib? Hansı hüquqi və ya tibbi əsasa görə 3 yaşlı uşağımın yanından çıxmalıyam?
Bu suallarıma konkret yazılı sənəd və əsaslandırılmış cavab təqdim edilmədi.
Üstəlik, xəstə vəziyyətdə olan 3 yaşlı qızım mənim yanından ayrılmağımı istəmirdi.
Bundan sonra əməkdaşlarla aramızda mübahisə yarandı.
ƏN CİDDİ VƏ MƏNİ SARSIDAN HADİSƏ BUNDAN SONRA BAŞ VERDİ!
Mənə bildirildi ki, otaqdan çıxmayacağım halda bizə tibbi xidmət göstərilməyəcək.
Uşağımın damarına sistem tam qoşulmuş və infuziya davam etdiyi halda müalicə dayandırıldı, sistem və tibbi ləvazimatlar çıxarıldı, bizdən xəstəxananı tərk etmək tələb olundu!
Nəticədə 40°C hərarət və güclü öskürək şikayətləri ilə təcili tibbi yardıma gətirdiyim 3 yaşlı qızımı müalicəsi tamamlanmadan, ağlayan və ciddi psixoloji gərginlik yaşayan vəziyyətdə evə aparmalı oldum.
Mənə uşağa hansı miqdarda dərman və ya məhlul yeridildiyi, müalicənin dayandırılmasının mümkün tibbi nəticələri və bundan sonra hansı tədbirlərin görülməli olduğu barədə yetərli məlumat verilmədi.
HADİSƏ ZAMANI ƏMƏKDAŞLARIN DAVRANIŞLARI
- Ülvi Rzayev — təhlükəsizlik əməkdaşı.
Mənim müşahidəmə görə, həmin şəxs vəziyyəti sakitləşdirmək əvəzinə, təhrikedici davranışlar nümayiş etdirdi və məni çöldə mübahisəyə cəlb etməyə çalışdı. Onun davranışını təhlükəsizlik əməkdaşına yaraşmayan qeyri-peşəkar münasibət hesab edirəm.
- Racid Həsənli — supervisor.
Həyat yoldaşımın mənim əvvəlcədən məlumatım olmadan otaqdan çıxarılmasında iştirak etdi. Mən tətbiq olunan daxili qaydanın yazılı əsasını tələb etdikdə isə “Belədir, xoşuna gəlmirsə, get şikayət elə” məzmununda cavab verdi.
Bu cür münasibətin tibbi müəssisədə, xüsusilə xəstə uşağın valideyninə qarşı nümayiş etdirilməsini qəbuledilməz hesab edirəm.
- Gülər Mustafayeva və Lalə Ümidli Həmid.
Hadisədə adı keçən bu şəxslərin də konkret iştirakının, verdikləri göstərişlərin və məsuliyyətlərinin obyektiv araşdırılmasını tələb edirəm.
LEYLA MEDICAL CENTER RƏHBƏRLİYİNƏ AÇIQ SUALLARIM VAR!
- 40°C hərarətlə təcili tibbi yardıma gətirilmiş 3 yaşlı uşağın başlanılmış müalicəsinin dayandırılması barədə qərarı kim verib?
- Valideynlə yaranmış mübahisə uşağa tibbi yardımın dayandırılması üçün əsas ola bilərmi?
- Uşağın müalicəsinin yarımçıq qalmasının sağlamlığına mümkün təsiri qiymətləndirilibmi?
- Niyə uşağın tibbi vəziyyəti barədə bizə yetərli məlumat verilmədən xəstəxananı tərk etməyimiz tələb olundu?
- Klinikanın daxili qaydaları varsa, niyə valideynlər əvvəlcədən məlumatlandırılmır və tələb edildikdə yazılı əsas təqdim olunmur?
- Niyə vəziyyəti sakitləşdirmək və uşağın müalicəsinin təhlükəsiz davamını təmin etmək əvəzinə münaqişə böyüdü?
MƏN BU HADİSƏNİN SONUNA QƏDƏR ARAŞDIRILMASINI TƏLƏB EDİRƏM!
Hadisə ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğuna, aidiyyəti rayon prokurorluğuna, Səhiyyə Nazirliyinə, Ombudsmana və digər səlahiyyətli qurumlara rəsmi müraciət etmək niyyətindəyəm.
Klinikanın 11.11.2026-cı il tarixinə aid müşahidə kameralarının görüntülərinin qorunmasını, uşağımın tibbi sənədlərinin araşdırılmasını, müalicənin hansı əsasla dayandırıldığının müəyyən edilməsini və hüquq pozuntusu aşkar edilərsə, məsul şəxslər barəsində qanuni tədbirlər görülməsini tələb edirəm.
Mən heç kimin əsassız şəkildə ittiham edilməsini istəmirəm. Mən yalnız 3 yaşlı qızımın müalicəsinin niyə yarımçıq dayandırıldığını və bu qərara kimin məsuliyyət daşıdığını bilmək istəyirəm!
Bir ata kimi məni ən çox narahat edən məsələ əməkdaşlarla yaranmış mübahisə deyil, xəstə övladımın müalicəsinin davam etdiyi anda dayandırılması və onun ağlayan vəziyyətdə xəstəxanadan ayrılmasıdır.
Hörmətli valideynlər, sizcə, 40°C hərarətlə təcili yardıma gətirilmiş 3 yaşlı uşağın müalicəsi valideynlə yaranmış mübahisəyə görə dayandırılmalıdırmı?.."
Bakunews.tv