Siyasət
252
3-11-2023, 15:01

Astanada TDT dövlət və hökumət başçılarının şərəfinə rəsmi qəbul təşkil olunub

Noyabrın 3-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin adından Astanada Türk Dövlətləri Təşkilatının “Türk əsri” çağırışı altında keçirilən 10-cu yubiley Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarının şərəfinə rəsmi qəbul təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Son xəbərlər