SON DƏQİQƏ
Bakunews.tv » Siyasət » Mirzoyan Rusiya ilə münasibətlərdə problemlər olduğunu etiraf etdi

Mirzoyan Rusiya ilə münasibətlərdə problemlər olduğunu etiraf etdi

30.04.2024 18:35 289
Ermənistan-Rusiya münasibətlərində müəyyən problemlər var və ölkələr bu problemlərin həlli üçün dialoq aparır.

Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib.

“Ermənistan-Rusiya münasibətləri kontekstində müəyyən problemlər və məsələlər var. Bəli, bizim bu məsələlərlə bağlı dialoqumuz var. Onların arasında tam qarşılıqlı anlaşma tələb edən məsələlər var, amma hesab edirəm ki, belə problemlər bütün münasibətlərdə mövcuddur”, - o vurğulayıb.
Xəbəri necə qiymətləndirirsiniz?