Siyasət
339
3-08-2022, 14:16

Biləsuvarda yol tikintisinə 5,2 milyon manat ayrıldı

Prezident İlham Əliyev Biləsuvar rayonunun Əliabad–Xırmandalı–Bəydili avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

bakunews.tv qafqazinfo-ya istinadən xəbər verir ki, sərəncama əsasən, on doqquz min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Əliabad–Xırmandalı–Bəydili avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 5,2 milyon (beş milyon iki yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər