Təhsil / Bölgə
3
Bu gün, 16:25

Bir direktor təqdimatına dörd rəhbər şəxs getdi - Salyandakı təqdimatın pərdəarxası nədir?

Ötən gün Salyan Peşə Liseyinə yeni direktor təyin olunan Arzu Əliyevanın kollektivə təqdimat mərasimi peşə təhsili ictimaiyyətində maraqlı müzakirələrə səbəb olub.
Bizimesr.com bildirir ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaydığı məlumata əsasən, təqdimat mərasimində şəxsən Agentliyin direktoru İlqar Bayramlı, direktor müavini Simnar Mamedov, İnsan resursları və hüquq sektoru müdiri Murad Məmmədov, eləcə də sektorun daha bir xanım əməkdaşı iştirak ediblər. Yəni, bir liseyin direktorunu kollektivə təqdim etmək üçün Agentliyin 4 rəsmi şəxsi Salyana yollanıb.
Adətən təhsil müəssisələrinə rəhbər təyinatlarında yeni direktor kollektivə nazirliyin, regional idarənin və ya agentliyin bir nümayəndəsi tərəfindən təqdim olunur. Bu baxımdan, Salyan Peşə Liseyində Agentlik rəhbərliyinin yüksək səviyyədə təmsil olunması olduqca diqqət çəkib. Nə baş verib və təqdimatın bu formatda edilməsində hansı görünməz səbəblər mövcuddur?
Müzakirələrə səbəb olan digər məsələ isə Agentliyin yaydığı rəsmi məlumatda yer alan məqamlardır. Bildirilir ki, Agentliyin direktoru İlqar Bayramlı liseyin maddi-texniki bazası ilə tanış olub, tədris auditoriyalarına baxış keçirib və tədrisin təşkili prosesi ilə maraqlanıb. Məhz bu hissə sosial şəbəkələrdə də geniş müzakirə olunub. "Hansı maddi-texniki baza ilə? Peşə Liseyinin həyətindəki cürümüş, paşlanmış, zibilliyə çevirilmiş avtomobillərəmi, yoxsa döşəməsindən ilanlar, həşəratlar keçən sinif otaqlarınamı, yoxsa damı qırıq-qırış siferlərlə örtülmüş lisey binasınamı, sovetlər dövründən qalan, tamamilə yararsız, texniki vasitələrəmi? Hardadır o maddi texniki baza?" deyə suallar ünvanlanıb.
İctimai müzakirələrdə yeni direktor Arzu Əliyevanın peşə təhsili sahəsində heç bir təcrübəsinin olmaması da maraqla qarşılanıb. Bununla yanaşı, Agentlik rəhbərliyinin tam tərkibdə təqdimat mərasimində iştirak etməsi və liseydə geniş tanışlıq proqramı keçirməsi bu təyinatın digər direktor təyinatlarından nə ilə fərqləndiyi barədə müzakirələri artırıb.
Bir direktor təqdimatına dörd rəhbər şəxs getdi - Salyandakı təqdimatın pərdəarxası nədir?

Qeyd edək ki, Peşə Təhsili üzrə Dövlət Agentliyində direktor da daxil olmaqla cəmi 15 əməkdaş çalışır. Yəni, kifayət qədər kiçik kollektivlə fəaliyyət göstərirlər. Bəzən edilən müraciətlərə vaxtında cavab verilməməsi kollektivin azlığı və iş yükünün çoxluğu ilə izah olunur. Lakin maddi-texniki bazası demək olar ki, olmayan bir liseyin direktorunun təqdimatına 4 rəhbər şəxslə qatılmaq ciddi suallar doğurur. Kimdir Arzu Əliyeva? Digər direktor namizədlərindən hansı xüsusiyyətləri ilə fərqlənir? İlqar Bayramlı nə üçün digər direktorların təqdimatlarında bu tərkibdə iştirak etmir?
Zəruri qeyd: Maraqlıdır ki, Salyan Peşə Liseyinin əvvəlki direktoru hansı səbəblərlə vəzifəsindən azad edilib və Agentlik rəhbərliyi bu barədə niyə açıqlama verməyib?

Bizimesr.com

Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər