Siyasət
9
30-12-2025, 19:02

Həsən Zeynalov 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib

Azərbaycan Prezidenti İlham Əliyev Həsən Sultan oğlu Zeynalov 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb.
Dövlət başçısının imzaladığı sənədə əsasən, H.Zeynalov bu ordenlə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.

Qeyd edək ki, yanvarın 1-də H.Zeynalovun 75 yaşı tamam olacaq.

O, Azərbaycanın Türkmənistan və Əfqanıstanda diplomatik missiyasına rəhbərlik edib.

Bakunews.tv
Son xəbərlər