Siyasət
359
22-08-2022, 18:46

Sahibkarlıq sahəsində yoxlamalarla bağlı əsasnaməyə dəyişiklik edildi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

bakunews.tv azertac-a istinadən bildirir ki, Fərmanla Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə"nin 4.5-2-ci bəndinə "yoxlama başa çatanadək)" sözlərindən sonra ", habelə səyyar vergi yoxlaması zamanı yoxlamanın əhatə etdiyi dövr Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.3-1-ci maddəsinə uyğun olaraq artırıldıqda, bu barədə qərarın qəbul edildiyi vaxtdan 1 iş günü müddətində" sözləri əlavə edilib.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər