Siyasət
336
29-08-2022, 10:29

Leyla Abdullayevaya yeni vəzifə verildi (FOTO)

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva yeni vəzifədə çalışacaq.

bakunews.tv modern.az-a istinadən xəbər verir ki, L.Abdullayeva diplomatik fəaliyyətini Fransada davam etdirəcək. Onun tezliklə həmin ölkədə diplomatik xidmətə başlayacağı gözlənilir.

Məlumata əsasən, qurumda mətbuat katibi vəzifəsi Ayxan Hacızadəyə həvalə edilib. XİN-in yeni sözçüsü bundan öncə Azərbaycanın ABŞ-dakı Səfirliyinin müşaviri vəzifəsində çalışıb.

Məsələ ilə bağlı Leyla Abdullayeva ilə əlaqə saxladıq. O, bakunews.tv-ya qafqazinfo-ya istinadən açıqlamasında bildirib ki, hazırda işinin başındadır və XİN mətbuat katibi səlahiyyətlərini icra edir.

Xatırladaq ki, Leyla Abdullayeva 2018-ci ildən XİN-in mətbuat katibi vəzifəsini tutur.



bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər