Siyasət
400
9-09-2022, 16:08

Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişafına dair ilk üçtərəfli görüş keçirildi

Sentyabrın 9-da Bakıda Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Rusiya Baş nazirinin müavini Aleksandr Novak və İranın yol və şəhərsalma naziri Rüstəm Qasimi arasında Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişafına dair ilk üçtərəfli görüş keçirilib.

bakunews.tv
qafqazinfo-a istinadən xəbər verir ki, görüşdə, həmçinin Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, eləcə də digər dövlət qurumlarının rəsmiləri iştirak ediblər.

Görüş zamanı Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin potensialı və perspektivləri haqqında ətraflı müzakirələr aparılıb.

Tərəflər Azərbaycan, İran və Rusiyanın yüksək intermodal tranzit potensialından tam həcmdə istifadəsi və bu xüsusda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişaf etdirilməsi məqsədilə əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini qeyd ediblər.

Qeyd edək ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi 2000-ci ildə Sankt-Peterburqda imzalanmış Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Hökumətlərarası Sazişlə yaradılıb.

Görüşün yekunu olaraq tərəflər arasında Bakı Bəyannaməsi imzalanıb.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər