SON DƏQİQƏ
Bakunews.tv » Siyasət » Almaniyadakı soydaşlarımız bəyanat yayıb

Almaniyadakı soydaşlarımız bəyanat yayıb

30.01.2023 20:24 333
Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyində törədilmiş terror aktı ilə əlaqədar Almaniyada yaşayan soydaşlarımız bəyanat yayıb.

Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzi, Münhen Azərbaycan Evi, Alman-Azərbaycan Dostluq Mərkəzi və Alman-Azərbaycan Dostluq Körpüsünün yaydığı bəyanatlarda Səfirliyimizin təhlükəsizlik xidmətinin rəisi Orxan Əsgərovun qətli, iki əməkdaşının yaralanması ilə nəticələnən terror aktı sərt şəkildə pislənib.

Diaspor təşkilatları alman ictimaiyyətini və beynəlxalq birliyi bu qanlı terror hadisəsinə görə etiraz səsini ucaltmağa, regionda sabitliyi pozmağa yönəlmiş təxribatların qarşısının alınması üçün hüquqi-siyasi müstəvidə tədbirlər görməyə çağırıblar.

bakunews.tv
Xəbəri necə qiymətləndirirsiniz?