SON DƏQİQƏ
Bakunews.tv » Dünya » İsraildəki diasporumuz səfirliyimizə hücumu pislədi - BƏYANAT

İsraildəki diasporumuz səfirliyimizə hücumu pislədi - BƏYANAT

27.01.2023 22:50 339
“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası ölkəmizin Tehrandakı səfirliyinə qarşı terror hücumu ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib.

bakunews.tv xəbər verir ki, Bəyanatda 27 sentyabr 2021-ci il tarixində baş vermiş hadisə İran xüsusi xidmət orqanlarının təşkil etdiyi terror aktı kimi qiymətləndirilib, bu olayın məntiqə və insanlığa sığmadığı vurğulanıb.

Terror aktı nəticəsində həlak olan səfirlik əməkdaşına görə xalqımıza başsağlığı verən “Azİz” assosiasiyası dünya ictimaiyyətini və beynəlxalq təşkilatları regionda baş verənlərlə bağlı ədalətli mövqe tutmağa,  insanlıq əleyhinə cinayətlərin törədilməsinə qarşı mübarizə aparmağa, hüquqi-siyasi müstəvidə təcili tədbirlər görməyə çağırıb.

bakunews.tv
Xəbəri necə qiymətləndirirsiniz?