Siyasət
167
27-07-2023, 09:58

“STMEGİ” Fondunun vitse-prezidentinə “Diaspor fəaliyyətində xidmətə görə” medalı təqdim edilib

Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev “STMEGİ” Dağ Yəhudilərinin Beynəlxalq Xeyriyyə Fondunun vitse-prezidenti İsay Zaxaryayevlə görüşüb.
Qonağı məmnunluqla salamlayan Komitə sədrinin birinci müavini “STMEGİ”nin soydaşlarımızın bir araya gəlməsi, dostluq əlaqələrinin möhkəmləndirilməsi,
Azərbaycan həqiqətlərinin və mədəniyyətinin təbliğ olunması istiqamətində həyata keçirdiyi işləri yüksək qiymətləndirib.
Hazırda Rusiya Federasiyasında yaşayan həmyerlimizi qarşıdan gələn 50 illik yubileyi münasibətilə təbrik edən V.Hacıyev Azərbaycan diasporunun inkişafına
verdiyi töhfələrinə görə “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalını ona təqdim edib. İ.Zaxaryayev fəaliyyətinin yüksək qiymətləndirilməsinə görə Azərbaycan dövlətinə minnətdarlığını bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər