Sosial
188
11-11-2024, 10:11

Abşeronda daha bir həkim səhlənkarlığı -uşaq ana bətnində öldü

Abşeron Rayon Mərkəzi Xəstəxanasında daha bir uşaq öldü
Dünən günorta saatlarında Abşeron Rayon Mərkəzi Xəstəxanasına gətirilən L. Sadıqzadənin körpəsi bətnində ölüb. Xəstə yaxınlarının Yenixeber.org-a verdiyi məlumata görə L. Sadıqzadə son bir həftəyə yaxındır ki, hər gün məlum prosedur səbəbindən xəstəxanaya gəlirmiş və lazımı müayinələrdən də keçirmiş. Həkimlər də doğuşa hazırlığın qaydasında getdiyini bildirirmişlər. Lakin, bu gün gözlənilmədən körpə ana bətnində ölüb. Səbəb kimi zamanında həkim müdaxiləsinin olmaması iddia olunur. Xəstə yaxınları bildirir ki, keysəriyyə əməliyyatı ilə körpəni xilas etmək mümkün olardı... Ananın da durumunun ağır olduğu, çoxlu qan itirdiyi deyilir.
Məlumatla bağlı Abşeron Rayon Mərkəzi Xəstəxanasından açıqlama almaq istiqamətindəki cəhdlərimiz nəticəsiz oldu.(Yenixeber.org)
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər