Sosial
128
13-03-2025, 12:20

Şahin Bağırov Beyləqanda vətəndaşları qəbul edəcək

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Beyləqan rayonunda vətəndaşları qəbul edəcək.

Qəbul martın 17-də saat 10:00-da Beyləqan rayon Heydər Əliyev Mərkəzində (ünvan: Beyləqan şəhəri, Heydər Əliyev prospekti 7) keçiriləcək.

Qəbul zamanı Beyləqan, Ağcabədi, İmişli, Füzuli və Xocavənd rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar bu link vasitəsilə (https://c2b.customs.gov.az/vsq_muraciet.aspx) qeydiyyatdan keçə bilərlər.

Əlavə məlumat almaq üçün “195” Çağrı Mərkəzi ilə əlaqə saxlamaq tövsiyə olunur.
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər