Sosial / Olay
241
20-10-2023, 09:31

İqbal Məmmədovun yaxınlarına məxsus olduğu bildirilən istirahət mərkəzi ilə Vergi Xidməti arasında məhkəmə çəkişməsi

"Relax Lerik" MMC məhkəməyə verilib.
Pravda.az-ın xəbərinə görə, MMC ilə bağlı Şirvan İnzibati Məhkəməsinə müraciəti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 Saylı Ərazi Vergilər Baş İdarəsi edib.
Mahiyyəti vergi məsələləri üzrə mübahisələr olan iş hakim Şahəli Musayevin sədrliyi ilə araşdırılacaq.
Qeyd: MMC eyni adlı istirahət mərkəzi kimi fəaliyyət göstərir. Mərkəzin deputat İqbal Məmmədovun yaxınlarına məxsus olduğu bildirilir.
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər