"Müğənniyə pis sözlər yazırlar, tənqid edirlər. Amma o müğənni bunu özü qazanıb".
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Almaz Ələsgərova "Meqa şou" verilişində deyib. Müğənni bəzi həmkarlarını geyiminə və davranışlarına görə tənqid edib:
"Ekranın o biri tərəfindən baxırsan, yaşlı xanımdır oturub. Açıq-saçıq geyinsən, əlbəttə ki, onun xoşuna gəlməyəcək. O da xanım kimi fikrini yazacaq. Demək istədiyim budur ki, ay müğənnilər, çalışın yaxşı sözləri özünüz qazanasınız. Elə vəziyyətə gətirib çıxarmayın ki, sizin barənizdə belə fikirlər yazılsın. Əndazəni saxlamaq, hər bir şeydə gözəlliyi qorumaq lazımdır.
Sonra da çıxıb deyirlər ki, "Mən yaxşı elədim bunu geyindim, belə etdim". Tamaşaçı da başlayır tənqid etməyə. Belə olmaz".
Bakunews.tv