Bakı Dövlət Universiteti 2025/2026-cı tədris ili üzrə “Məzun Günü” tədbirinin yüksək səviyyədə təşkili məqsədilə müvafiq mal və xidmətlərin satın alınması üçün genişmiqyaslı hazırlıqlara başlayıb.
XALQ xəbər verir ki, bu möhtəşəm tədbirin keçirilməsi üçün ehtimal olunan ümumi büdcə 235.480,80 AZN məbləğində müəyyən edilib.
Hazırda satınalma prosesi çərçivəsində ən uyğun təkliflər dəyərləndirilir. Universitet rəhbərliyi bu investisiya ilə məzunlar üçün unudulmaz bir vida mərasimi yaratmağı və tədris ilinin yekununu təntənəli şəkildə qeyd etməyi hədəfləyir.
Məlumat üçün bildirir ki, 2025-ci ildə BDU-nun “Məzun Günü” Bakı Milli Gimnastika Arenasında keçirilib.
Qeyd edək ki,hazırda bu məbləğə bir çox təhslilə layihələr keçirmək olar lakin universitetin rektoru Elçin Babayev yəgin ki, daha fərqli düşünür. Bəs görəsən “Məzun Günü”də hansı ulduzlar iştirak edəcək ?
Bakunews.tv