Təhsil
1
Bu gün, 17:31

Şərur təhsilində ŞOK OLAY: Direktor yığdığı rüşvəti yuxarılarla BÖLÜŞMƏDİ... - BU NƏDİ BELƏ?

Şərurda rüşvət toplayıb rəhbərliyə çatdırmaqdan imtina edən məktəb direktorlarının sıxışdırıldığı iddia olunur. “Gündəlik Naxçıvan”a danışan direktorlar deyirlər ki, onlardan pul yığaraq təhsil şöbəsinin rəhbərliyinə vermək tələb edilir.
Onların sözlərinə görə, fəaliyyətləri təhsilin keyfiyyəti və məktəbin nəticələri ilə deyil, rəhbərliyə çatdırdıqları pulun məbləği ilə qiymətləndirilir.

Adının açıqlanmasını istəməyən direktorlardan biri deyir ki, pul toplamaqdan imtina etdikdə işdən çıxarılmaqla hədələnirlər:

“Direktor niyə şöbə rəisinin rüşvət toplayanı olmalıdır? Bizim işimiz dərsləri yüksək səviyyədə təşkil etməkdir. Valideynlərdən, müəllimlərdən pul yığıb şöbə müdirinə verməkdən bezmişik. Özümüz də utanırıq. Etiraz edəndə deyirlər ki, elə maddə ilə işdən çıxararıq, heç texniki işçi də işləyə bilməzsən. Şöbə müdiri də deyir ki, tək yemirəm, pulun böyük hissəsi yuxarıya çatdırılır. Təhsili bazara çeviriblər”.

Digər direktor isə rəhbərliyə yaxın olanların qanunsuzluqlarına göz yumulduğunu iddia edir:

“Şərurun məktəblərində hər şey şəxsi münasibətlər üzərində qurulub. Məktəbin uğuru, nizam-intizam, təhsilin keyfiyyəti heç kimi maraqlandırmır. Rəhbərliyin hər dediyini etməli, yaltaqlanmalı, müəyyən adamlarla yaxınlıq qurmalısan ki, işlərin qaydasında getsin. Onda yol verdiyin qanunsuzluqlara da göz yumurlar. Yox, etiraz edirsənsə, məktəbi nə qədər yaxşı idarə etməyinin əhəmiyyəti qalmır. Şöbə müdirinin yaxın adamları səni sıxışdırmağa başlayırlar. Belə çıxır ki, əsas qanunla işləmək yox, kiminsə şəxsi marağına xidmət etməkdir”.
Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər