---
8
26-08-2026, 19:31

Tramp: Xamenei ölməyib

ABŞ Prezidenti Donald Tramp İranın Ali rəhbəri Müctəba Xameneinin öldürüldüyünə inanmadığını bildirib.

“O, ağır yaralanıb; bədəninin sol tərəfi, qolu, ayağı - bütün bu hissələr ciddi şəkildə zədələnib”, - Amerika lideri bildirib.

Tramp həmçinin əlavə edib ki, Müctəba Xamenei ölmüş olsa belə, İran “yaxşı şou” göstərməyə davam edəcək: “İslam Respublikası indiki halda belə müxtəlif məsələlər üzrə yekun təsdiqin onun tərəfindən verildiyini deməyə davam edir”.

ABŞ Prezidenti vurğulayıb ki, İranla razılığa gəlmək asan deyil: “Onlar prinsiplərə çox da sadiq deyillər”.

Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər