Araşdırma
15
30-06-2025, 17:56

Anar Məmmədlinin işi məhkəmə baxışına verilib

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli və ictimai fəal Anar Abdullayevin cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.
Bakunews.tv-nin məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aygün Qurbanovanın sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilənlərin dəqiqləşdirilməyən anket məlumatları tamamlandıqdan sonra cinayət işinin məhkəməmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib.

Təqsirləndirilənin vəkili müvəkkili barədə irəli sürülmüş ittihama xitam verilməsi ilə bağlı vəsatət qaldırsa da, vəsatət təmin edilməyib.

Məhkəmənin növbəti iclası iyulun 7-nə təyin edilib

Qeyd edək ki, Anar Məmmədli 2024-cü ilin aprelində saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Anar Abdullayev də həmin tarixdə saxlanılaraq eyni maddə ilə təqsirli bilinib və barəsində məhkəməyədək polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.

Qeyd edək ki, onlara qarşı Cinayət Məcəlləsinin 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 213.2.1, 320.1 və 320.2-ci maddələri ilə ittiham irəli sürülüb.
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər