"Formula-1" üzrə yubiley Qran-prisi Bakının Dünya İdman Paytaxtı olduğu xüsusi bir ildə keçirilir. Azərbaycan Qran-prisi 2026-cı ilin əsas idman tədbirlərindən biri olmaqla, paytaxtımızın beynəlxalq idman mərkəzi kimi mövqeyinin daha da möhkəmlənməsinə töhfə verəcək".
Oxu.Az xəbər verir ki, bu barədə gənclər və idman naziri Fərid Qayıbov Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin mətbuat xidmətinə açıqlamasında bildirib.
O bu il keçiriləcək Azərbaycan Qran-prisi haqqında fikirlərini bölüşüb:
"Formula-1"in əhəmiyyəti yalnız yarışla məhdudlaşmır. Qran-pri idman turizminin inkişafına təkan verir, yerli biznes üçün əlavə imkanlar yaradır və milyonlarla azarkeşin diqqətini Azərbaycana yönəldir".
Xatırladaq ki, yarış sentyabrın 24-26-da keçiriləcək.
Bakunews.tv