Araşdırma
36
28-08-2025, 13:04

Naxçıvan hava limanında 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb

Naxçıvanda hava limanında oğurluq edən şəxslər saxlanılıb.
Bakunews.tv xəbər verir ki, Naxçıvan Hava Nəqliyyatında Polis Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qabaqcadan əlbir olaraq oğurluq edən şəxslər - 28 yaşlı Hüseyn Həmzəyev və tanışı 20 yaşlı Səid Kərimli saxlanılıblar.

Onlar hava limanında sərnişinlərə məxsus çamadanlardan 10 min manat məbləğində müxtəlif növ qızıl-zinət əşyalarını talamaqda şübhəli bilinirlər.

Faktla bağlı cinayət işi başlanılıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər