Araşdırma
22
16-10-2025, 13:38

Fenomenə çevrilmiş dilənçi qız saxlanıldı

"TikTok"da məşhurlaşan dilənçi qız oğurluğa görə saxlanılıb.
Bakunews.tv-nin məlumatına görə, Bakının Sabunçu rayonu, Balaxanı qəsəbə sakininin mağazasından pul oğurlanması ilə bağlı polisə müraciəti daxil olub.

Müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxslərin avaralıq və dilənçiliklə məşğul olan, Yevlax rayon sakinləri B.Mukavadze ("TikTok" adı "Aysu" red.) və T.Bəkirova olması müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir

Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər