Cəmiyyət
4
Bu gün, 16:42

Ramiz Mehdiyevin "Sədərək" Ticarət Mərkəzində obyektləri olub? - Foto

"Ramiz Mehdiyevin "Sədərək" Ticarət Mərkəzində heç bir payı olmayıb".
Bunu Oxu.Az-a açıqlamasında Sədərək Ticarət Mərkəzinin mətbuat katibi Kəmaləddin Qədim deyib.

O, Ramiz Mehdiyevin müsadirə edilən əmlaklarının siyahısında "Sədərək" Ticarət Mərkəzində də payının qeyd olunmasına münasibət bildirib:

"Ramiz Mehdiyevə məxsus mülklərin müsadirəsi ilə bağlı siyahı dərc edilib. Həmin siyahıda "Sədərək" Ticarət Mərkəzinin də adı hallanıb. Ramiz Mehdiyevin "Sədərək" TM-da heç bir payı, obyekti yoxdur. Mən əvvəl də vurğulamışdım ki, Ramiz Mehdiyevin bu qədər mülkü olubsa, onun "Sədərək"də obyekti kirayə verməyə nə ehtiyacı olsun?"
Ramiz Mehdiyevin "Sədərək" Ticarət Mərkəzində obyektləri olub? - Foto

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 oktyabr 2026-cı il tarixli hökmünə əsasən, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Ənvər oğlu Mehdiyev 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, cəzası şərti hesab olunub. Onun əmlaklarının müsadirə olunmasına da qərar verilib.

Bakunews.tv
Son xəbərlər