Xaricdə yaşayan bloqerlər - Tural Sadıqlı, Elşad Məmmədov, Süleyman Süleymanlı, Qurban Məmmədov, Orxan Ağayev, Rəfael Piriyev və Orduxan Teymurxanın (Bəbirov) barələrində olan cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bakunews.tv-nin məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda qiyabi hökm oxunub. Hökmlə Qurban Məmmədov və Tural Sadıqlı 14 il, Elşad Məmmədov, Süleyman Süleymanlı, Orxan Ağayev, Rəfael Piriyev və Orduxan Teymurxan hər biri 9 il müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 214.2-ci (terrorçuluğa açıq çağırışlar), 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə), 281.2-ci (silahlı qiyam, eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə), 320.1-ci (rəsmi sənədi saxtalaşdırma) maddələri ilə ittiham olunublar. Onlar ölkə xaricində olduqlarına görə barələrində məhkəmə qərarı ilə qiyabi həbs qətimkan tədbiri seçilib.
Zərərçəkən qismində isə Xəqani Xəlilov tanınıb.