Araşdırma
1
Dünən, 17:59

“Çeildağ” əməliyyatı niyə uğursuzluğa uğradı? -İDDİA

I Qarabağ Müharibəsi zamanı 1993-cü il dekabrın 30-dan 31-nə keçən gecə Ağcabədi istiqamətində “Çeildağ” əməliyyatı keçirilməsi planlaşdırılıb. Lakin əməliyyat 1 gün gecikmə ilə baş tutub və uğursuzluğa düçar olub. Nəticədə 82 azərbaycanlı hərbçi tələyə salınaraq öldürülüb və ya itkin düşüb.
Maraqlıdır ki, əməliyyat həmin vaxt Silahlı Qüvvələrin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun əmri ilə bir gün təxirə salınıb.
Həmin dönəm uğursuz əməliyyata görə Hərbi Prokurorluğunun sabiq Xüsusilə Mühüm İşlər üzrə böyük müstəntiqi Kamal Əliyev Nəcməddin Sadıkov, müdafiə nazirinin müavini Elbrus Orucov, nazirliyin Əməliyyat idarə rəisi Vasyak Aleksandr Petroviç və digərləri barəsində dövlətə xəyanət və vəzifə səlahiyyətlərini aşma (hazırki redaksiyada Cinayət Məcəlləsinin 274 və 341-ci maddələr) ittihamını irəli sürüb.
Amma onun bu qərarı Baş Prokurorluq və Hərbi Prokurorluqda narazılıq yaradıb. Kamal Əliyev Nəcməddin Sadıkova qarşı qərəzli mövqe tutmaqda günahlandırılıb.
Nəticədə o vaxtın Hərbi prokuroru Nizami Təhməzov Kamal Əliyevi işdən çıxarıb, davamında isə vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilərək həbs edilib.
İstintaq nəticəsində qəti şəkildə müəyyən olunub ki, "Çeildağ" əməliyyatının məğlubiyyətə uğramasının səbəbləri Nəcməddin Sadıkov tərəfindən əməliyyatın bir gün təxirə salınması və nəticədə əməliyyat haqqında düşmənin əvvəlcədən tam və ətraflı məlumatlandırılması olub.
İstintaq tam əmin oldu ki, əməliyyat N.Sadıkov və digərləri tərəfindən qəsdən düşmən tərəflə birlikdə koordinasiya olunub.
Емин Сеферов
Teref olaraq adları çəkilən şəxslərin məqalədə qaldrılan iddialarla bağlı mövqqelərinidə dərc edə bilərik!
TEREF
Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər