Araşdırma / Kriminal
33
26-06-2026, 13:27

Ağsuda dağlıq ərazidə çətənə kolu yetişdirən şəxs saxlanıldı

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən 37 yaşlı Sübhan Baxşıyevi saxlayıb.

Ondan dağlıq ərazidə əkdiyi 59 ədəd çətənə kolu aşkar edilib.

Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qaydada xüsusi qulluq göstərdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər