Siyəzən rayonunda sosial şəbəkədə qeyri-etik ifadələr səsləndirən şəxs həbs edilib.
Teleqraf-ın xəbərinə görə, 1990-cı il təvəllüdlü Rəvan Babayev (ad-soyad şərti verilib – red.) “Tik-tok” sosial şəbəkəsində özünə məxsus “siyezen_taksi_xidməti” adlı hesabında paylaşdığı videoda əxlaqsız ifadələr işlədib.
Babayev Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb və onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə protokol tərtib edilib.
Siyəzən Rayon Məhkəməsinin qərarı ilə Babayev 8 gün müddətinə həbs edilib.
Bakunews.tv