Araşdırma
29
Bu gün, 14:06

"By Ella" ləqəbli bloger həbs edildi

Sosial şəbəkələrdə "By Ella" ləqəbi ilə tanınan bloger hava limanında saxlanılıb.
Məmmədova Lalə İlham qızı məhkəmə qarşısına çıxarılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 206.2-ci (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) maddəsi ilə ittiham irəli sürülüb.

Səbai rayon Məhkəməsində keçirilən prosesdə Lalə Məmmədova barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, əgər onun bu əməli sübuta yetirilərsə, xanım blogeri əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir. (Unikal)

Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər