2026-cı ilin iyununda 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycandan Türkiyəyə təbii qaz ixracı 0,73% azalıb.
İyunda Türkiyəyə 1 milyard 12,43 milyon kubmetr təbii qaz ixrac edilib. Tədarükün azalmasına baxmayaraq, Azərbaycan Türkiyənin qaz idxalında ən böyük tərəfdaşı olub.
Qonşu ölkənin İrandan qaz alışı 26,66% artaraq 882,89 milyon kubmetrə çatıb. Əlcəzairdən qaz idxalı isə 9,22% artaraq 282,18 milyon kubmetrə təşkil edib. Rusiyadan idxal isə 9,11% azalaraq 882,16 milyon kubmetrə bərabər olub.
Türkiyə iyunda ABŞ və Türkmənistandan qaz alışını dayandırıb. Ötən ilin eyni dövründə bu ölkələrdən müvafiq olaraq 192,98 milyon kubmetr və 103,27 milyon kubmetr həcmində qaz idxal edilibsə, cari ildə bu göstərici sıfıra bərabər olub.
Ümumilikdə, Türkiyənin qaz idxalında Azərbaycan 33,09%, İran 28,86%, Rusiya 28,83 %, Əlcəzair isə 9,22% paya sahib olub.
Xatırladaq ki, "Şahdəniz" yatağından hasil edilən Azərbaycan qazı Trans-Anadolu təbii qaz boru kəməri (TANAP) ilə Türkiyəyə, oradan isə Avropaya ötürülür.
Bakunews.tv