"Beniz" ləqəbli tiktoker Aybəniz Xəlilova apellyasiya şikayəti verib.
Bu barədə Oxu.Az-a tiktokerin vəkili Salman Qasımlı məlumat verib.
Vəkil birinci instansiya məhkəməsinin qərarı razılaşmadıqlarını və müvəkkilinin günahsız olduğunu bildirib.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Aybəniz Xəlilova 10 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Dövlət ittihamçısı isə məhkəməyə tiktokerin 11 il müddətinə azadlıqdan məhrum olunmasını təklif etmişdi.
Qeyd edək ki, tiktokerə qarşı Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.
Şikayətçi ərizəsində göstərib ki, Aybəniz Xəlilova ondan hissə-hissə olmaqla 836 min manat pul tələb edib.
Qeyd edək ki, şikayətçi ilə tiktoker uzun müddət sevgi münasibətində olublar.
Məhkəmə istintaqı dövründə isə zərərçəkmiş tiktokerdən şikayətçi olmadığını bildirib.
Bakunews.tv